Mobil versiya
Ağsu dolaylarında "Mercedes" aşdı: Ata və oğlu öldü - YENİLƏNİB
Tarix: 06-11-2023 | Saat: 11:28
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ağsu dolaylarında "Mercedes" aşdı:

DİN Ağsu dolayında baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, noyabrın 6-da saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

10:57

Ağsu dolaylarında qəza baş verib.

aia.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində “Mercedes” markalı avtomobil aşıb.

Nəticədə iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024