Mobil versiya
Ərdoğan: “Türkiyə Qəzzadakı vəziyyətlə bağlı qarant olmağa hazırdır”
Tarix: 04-11-2023 | Saat: 17:44
Bölmə:Dünya | çapa göndər

Ərdoğan:

“Ankara Qəzzadakı vəziyyətlə bağlı qarant ola bilər”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırdığı zaman deyib.

O, Kipr üzrə qarant olan Yunanıstanı, Böyük Britaniyanı misal çəkib və qeyd edib ki, Türkiyənin Qəzzada qarant ölkə olması təbii haldır.

“Biz Türkiyə olaraq aparıcı rolu öz üzərimizə götürməliyik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti bunun tarixi, bu günü və gələcəyi praktiki olaraq formalaşdıracağını vurğulayıb.

Ərdoğan, həmçinin bildirib ki, hadisələrin inkişafı vəziyyəti İsrailin zərərinə daha da dəyişdirə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025