Mobil versiya
"Dinimizdə dinc əhalini öldürmək qadağandır" - HƏMAS
Tarix: 03-11-2023 | Saat: 16:30
Bölmə:Dünya | çapa göndər

"Dinimizdə dinc əhalini öldürmək qadağandır" -


Fələstinin radikal HƏMAS hərəkatı İsraillə əsir mübadiləsi məsələsində “tam kompromis”ə hazır olduğunu açıqlayıb.

aia.az xəbər verir ki, bu barədə hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd "NBC News"a müsahibəsində bildirib.

"Biz istəyirik ki, bu adamlar evə qayıtsınlar. Ona görə də hesab edirəm ki, indi biz tam kompromis əldə etməyə, bütün girovların, həm hərbçilərin azad edilməsinə dair razılaşmaya hazırıq".

Bütövlükdə münaqişə ilə bağlı vəziyyətə toxunan Həməd bildirib ki, qrup “işğala qarşı mübarizəni davam etdirəcək”, çünki “beynəlxalq hüquqa uyğun olaraq bunu etməyə qanuni hüquqları var”.

Oktyabrın 7-də İsrailə hücuma toxunan HƏMAS sözçüsü deyib ki, yaraqlılar dinc sakinləri öldürmək niyyətində deyillər.

"Dinimiz İslam dininin müddəalarına görə, dinc əhaliyə xəsarət yetirmək və ya öldürmək qadağandır. İlk gün bəzi çətinliklər yarandı və dinc sakinlər qurban oldu” - Həməd qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025