Mobil versiya
Səhəri qətllərlə açdıq: Binəqədidə ər arvadını, Gəncədə qardaş bacısını öldürdü
Tarix: 02-11-2023 | Saat: 09:12
Bölmə:Karusel / Ölkə | çapa göndər

Səhəri qətllərlə açdıq:

Bakının Binəqədi rayonunda və Gəncə şəhərində qətllər törədilib

Noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə aia.az-a DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.

Araşdırma aparılır.

Gəncədə isə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Kəlbəcər rayon prokurorluğundan aia.az-a bildirilib ki, noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024