Mobil versiya
Vətəndaş tapança, patron və qumbaranı könüllü polisə təhvil verdi
Tarix: 31-10-2023 | Saat: 16:23
Bölmə:Ölkə | çapa göndər

Vətəndaş tapança, patron və qumbaranı könüllü polisə təhvil verdi

Vətəndaşlarda olan döyüş silahlarının könüllük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

aia.az DİN-ə istinadən xəbər verir ki, Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025