Mobil versiya
"Bayraktar TB3" ilk dəfə uçdu
Tarix: 27-10-2023 | Saat: 17:30
Bölmə:Dünya | çapa göndər

"Bayraktar TB3"  ilk dəfə uçdu

Türkiyənin yeni istehsalı olan və silahla təchiz edilmiş "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb.

Bu barədə aia.az-a "Baykar" şirkətinin Mətbuat xidmətindən bildirilib.

İlk uçuş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub.

Məlumata görə, "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktarın rəhbərliyi altında həyata keçirilən "Bayraktar TB3"in ilk uçuş sınağı Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində başlayıb. Bu gün, Cümhuriyyətin 100-cü ildönümünə iki gün qalmış saat 08.30-da havaya qalxan "Bayraktar TB3" havada sistem identifikasiya testlərini uğurla tamamlayaraq 1 saatlıq uçuşu həyata keçirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025