Mobil versiya
Netanyahu hücum planını təsdiqləmədi
Tarix: 27-10-2023 | Saat: 13:54
Bölmə:Dünya | çapa göndər

Netanyahu hücum planını təsdiqləmədi

İsrailin baş naziri Benyamin Netanyahu Müdafiə Qüvvələrinin hazırladığı Qəzzada quru əməliyyatı planını təsdiqləməkdən imtina edib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin imtinası yüksək rütbəli zabitlərin qəzəbinə səbəb olub.

Netanyahu qərarını fövqəladə hökumət üzvlərinin quru əməliyyatını yekdilliklə təsdiqləməsini istəməsi ilə əsaslandırıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin ABŞ-dən raketdən müdafiə sistemi aldıqdan sonra Qəzzada quru əməliyyatına başlamağı planlaşdırdığı qeyd edilirdi. “Axios” nəşri isə mənbələrinə istinadla İsrail Baş naziri Benyamin Netanyahunun ordunun planlarına şübhəylə yanaşdığı üçün Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaq istədiyini yazmışdı.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025