Mobil versiya
Baş Prokurorluq Göyçayda konfrans keçirəcək
Tarix: 27-10-2023 | Saat: 10:40
Bölmə:Ölkə | çapa göndər

Baş Prokurorluq Göyçayda konfrans keçirəcək

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən noyabrın 3-də Göyçay şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.

Baş Prokurorluqdan aia.az-a verilən məlumata görə, “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala,Sabirabad və Şəmkir şəhərlərində regional konfranslar təşkil olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024