Mobil versiya
Tərtərdə 53 yaşlı kişi minaya düşdü
Tarix: 26-10-2023 | Saat: 09:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

Tərtərdə 53 yaşlı kişi minaya düşdü

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Vəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan aia.az-a bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024