Mobil versiya
Şəhid Xosrovzadə İlkin Azay oglunun anım mərasimi keçirilib - FOTOLAR
Tarix: 25-10-2023 | Saat: 13:16
Bölmə:Ölkə | çapa göndər

Şəhid Xosrovzadə İlkin Azay oglunun anım mərasimi keçirilib

Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan gizir Xosrovzadə İlkin Azay oglunun anım mərasimi keçirilib.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynurə Həsənova, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ll Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Qəhrəman Vətən oğlunun keçdiyi döyüş yolu və şücaiətindən bəhs edildi. Məktəblilər şəhidlərimizə, Möhtəşəm Zəfərimizə həsr olunmuş şerlər söylədilər.

Gizir Xosrovzadə İlkin Azay oğlu 1 dekabr 1997-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub.
2004-2015-ci illərdə Laçın rayon Bayram Məmmədov adına Minkənd kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ildə Bakı Biznes Universitetinə daxil olduqdan sonra 2017-ci ildə təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətinın Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsində keçib. O, əsgərliyi başa vurduqdan sonra peşəkar sərhədçi olmaq qərarına gəlib. 24.04.2020-ci il tarixdən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Qəhrəmanımız Vətən müharibəsi başlayanda İlkin Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində xidmət edib. Xidmət etdiyi müddətdə intizamlı olub, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edən İlkin, Zəngilan şəhəri və ətraf ərazilərin, İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunmasında rəşadət göstərib. Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yuksəkliyinin azad olunması uğrunda döyüşdə başından qəlpə yarası alan İlkini xilas etmək mümkün olmayıb o qəhrəmancasına şəhid olub. Subay idi.

Gizir Xosrovzadə İlkin Azay oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024