Mobil versiya
Masallıda güləş üzrə ənənəvi Respublika turniri başa çatdı
Tarix: 23-10-2023 | Saat: 09:39
Bölmə:Özəl / İdman | çapa göndər

Masallıda güləş üzrə ənənəvi Respublika turniri başa çatdı

Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında iki gün (21-22 oktyabr) davam edən XXVII ənənəvi Respublika turniri başa çatdı.
Azərbaycan Güləş Federasiyası və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımovun dəstəyi sayəsində keçirilən turnirdə respublikamızın şəhərlər və rayonlardan 20-dən artıq komandanın tərkibində 200-dən yuxarı yeniyetmə pəhləvan qüvvəsini sınayıb.
Onu da bildirək ki, Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda 2007-2009-cu il təvəllüdlü yunan-romaçılar 11 çəki dərəcəsində mübarizə aparıblar. Yarışların yekun nəticələrinə əsasən qalib idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq dərəcəli diplom, medal və pul mükafatlarına layiq görülüblər.
Komanda hesabında Sumqayıt komandası birinci, Göyçay ikinci, Masallı komandası isə üçüncü yerə çıxıblar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024