Mobil versiya
Benzema ilə bağlı şok iddia: Terrorçularla əlaqədə ittiham edilir
Tarix: 18-10-2023 | Saat: 13:40
Bölmə:İdman | çapa göndər

Benzema ilə bağlı şok iddia:

Fransanın daxili işlər naziri Jerald Darmanin hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema barədə şok iddia irəli sürüb.

O, Fransa millisinin keçmiş üzvünün terrorçularla əlaqələrinin olduğunu deyib.

“Cənab Kərim Benzema, hamımızın bildiyi kimi, “Müsəlman Qardaşlar” ilə bədnam əlaqələrə malikdir”, - deyə J.Darmanin söyləyib.

Xatırladaq ki, Benzemanın İsraillə Fələstinin qarşıdurması ilə bağlı paylaşımları birmənalı qarşılanmayıb. O, İsraili ittiham edən fikirlər səsləndirib.

Qeyd edək ki, “Müsəlman Qardaşlar” Misir mərkəzli dini-siyasi təşkilatdır. Rəsmən terror təşkilatı kimi tanınmasa da, bəzi ölkələrdə fəaliyyəti qadağandır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024