Mobil versiya
Dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatdı - FAKTİKİ HAVA
Tarix: 17-10-2023 | Saat: 16:37
Bölmə:Ölkə | çapa göndər

Dənizdə dalğanın hündürlüyü 4,2  metrə çatdı -

Oktyabrın 17-si saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Sabirabad, Cəfərxan, Biləsuvarda arabir yağış yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti arabir Naftalanda 28 m/s, Altıağac, Ağstafada 22 m/s, Şabran, Bərdə, Gəncədə 20 m/s, Tərtər, Ceyrançöldə 18 m/s, Yevlaxda 17 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 30-34 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək isti, Naxçıvan MR-da 21 dərəcəyədək isti, Aran rayonlarında 25 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə isti olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025