Mobil versiya
“Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırdır” - Paşinyan
Tarix: 17-10-2023 | Saat: 15:13
Bölmə:Dünya | çapa göndər

“Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırdır” -


Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür.

aia.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib.

"Əgər sadaladığım prinsiplər rəsmən təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması çox real olacaq", - deyə Paşinyan qeyd edib.

Baş nazir çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini göstərib.

Onun sözlərinə görə, Ermənistan da öz ərazisində azərbaycanlıların və Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025