Mobil versiya
Türkiyə XİN: "AŞPA-nın qəbul etdiyi qətnamə qəbuledilməzdir”
Tarix: 13-10-2023 | Saat: 12:53
Bölmə:Dünya | çapa göndər

Türkiyə XİN:

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə əleyhinə qəbul etdiyi qətnamə qəbuledilməzdir”.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, AŞPA 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib: “AŞPA bununla məhkəmə proseslərini siyasiləşdirir və dialoq kanallarını bağlamağa çalışır. Bu, AŞPA-nın əsas prinsipi olan demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq”.

Vurğulanıb ki, Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025