Mobil versiya
Geomaqnit qasırğası olub
Tarix: 09-10-2023 | Saat: 16:00
Bölmə:Ölkə | çapa göndər

Geomaqnit qasırğası olub

Geomaqnit sahəsinin aktivliyi 5 oktyabrda fasilələrlə G1 səviyyəsinə kimi yüksəlib və qısamüddətli geomaqnit qasırğası baş verib. Hazırda Kp indeksi 1.3 -ə bərabərdir, kosmik hava sakitdir.

aia.az xəbər verir ki. bu barəsdə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Məlumata görə, proqnoz günlərində (10-16 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin də fon səviyyəsində qalacağı gözlənilsə də, Tac dəliklərinin radiasiya qurşaqlarına təsiri ehtimalı da istisna olunmur.

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsinin də mənfi qütblü Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 11-14 oktyabr tarixlərində qeyri-sabit olacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025