Rusiyadan qondarma rejimin keçmiş "prezident"lərinin yaxalanmasına MÜNASİBƏT
Tarix: 04-10-2023 | Saat: 14:59
Bölmə:Dünya | çapa göndər
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağdakı qondarma rejimin keçmiş liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və “dövlət naziri” Ruben Vardanyanı saxlanılmasına münasibət bildirib.
aia.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskva hansısa tədbir görürmü?” sualına cavabında adıçəkilən şəxslərin Ermənistan vətəndaşı olduğunu söyləyib.
“Siz deyəsən qarışdırırsız. Bu sual bizə yox, Ermənistan tərəfinə verilməlidir. Həmin şəxslər Ermənistan vətəndaşlarıdır”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova onlardan birinin (Ruben Vardanyan-red) Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini söyləyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025