Mobil versiya
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -Fotolar
Tarix: 29-09-2023 | Saat: 15:44
Bölmə:Manşet / Ölkə / Cəmiyyət | çapa göndər

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının (ASİHİ) təsis qurultayı keçirilib. Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

aia.az xəbər verir ki, gündəliyə “Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının təsis edilməsi”, Nizamnaməsinin təsdiqi”, “Sədrin seçilməsi”, Məclis üzvlərinin təsdiqi”, “Təftiş komissiyasının seçilməsi” və digər təşkilati və cari məsələlərin daxil edildiyi diqqətə çatdırılıb.
Gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, qurultay iştirakçılarının səsverməsi ilə müvafiq qərarlar qəbul olunub.
Belə ki, səsçoxluğu ilə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb və Fuad Məmmədov İttifaqın sədri seçilib. Həmçinin qurumun Nizamnaməsi, Məclis və Təftiş komissiyasının üzvləri təsdiqlənib.
Eləcə də Qurultay iştirakçıları Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olması barədə qərar qəbul ediblər.
Tədbirdə iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni təsis olunan ASİHİ-yə fəaliyyətində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024