Eltun Süleymanov: “Türkiyənin mənəvi və siyasi dəstəyi heç vaxt unudulmayacaqdır”
Tarix: 27-09-2023 | Saat: 10:53
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
“Müsahibimiz qeyd edib ki, sentyabrın 25-də Türkiyə Cümhurbaşqanı sayın Ərdoğanın Naxçıvana reallaşan səfəri və səfər çərçivəsində bir sıra mühüm sənədlıərin imzalanması, habelə, İğdır-Naxçıva qaz kəmərinin təməlqoyma mərasimində iştirakı dostluğun, qardaşlığı ən yükəsk səviyyəsi kimi dəyərləndirilməlidir.
Sənədlərin imzalanması mərasimindən sonra hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış edərək bu günlərdə yaşadığımız qürur hisslərini bir daha coşdurmuş oldular.
Ölkəmizin başçısı, qalib sərkərdə İlham Əliyev çıxışında bildirdi ki, imzalanan sənədlər, İğdır-naxçıvan qaz kəmərinin təməlinin qoyulması mühüm əhəmiyyət daşıyır. Bu kəmərin çəkilişi ilə Naxçıvanın enerji təhükəsizliyi təmin olunacaqdır. Naxçıvanda enerji potensialının yüksək olduğunu qeyd edən cənab prezident demişdir: “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.”
Sentyabrın 19-da başlayan və 24 saat ərzində başa çatan antiterror əməliyyatı haqqında danışan ölkəmizin başçısı bu prosesin başa çatması ilə Azərbaycanın ərazi bütövlüyüyn və suverenliyinin tam ölçüdə bərpa olunduğunu qeyd etdi: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.”
Eltun Süleymanov bildirmişdir ki, “cənab Ərdoğanın Azərbaycana, onun qardaş xalqına verdiyi qiymət də yüksəkdir. Onun görkəmli Azərbaycan şairi Hüseyn Caviddən misralar söyləyərək dualar etməsi çox təsirli anlar idi. Bu anlar qardaşlıqdan, doğmalıqdan irəli gələn qürur hisslərini sözlə ifadə etmək çox çətindir.
Ölkəmizin başçısı da əlaqələrimizin yüksək səviyyədə olmasından antiterror əməliyyatı zamanı Rəcəb Tayyip ərdoğanın BMT kürsüsündən Azərbaycanın haqq işini müdafiə və təqdir etməsini məmnunluqla qeyd etdi: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.”
Bəli, biz dəstəyi daim hiss edir, duyur və qiymətləndiririk. Allah dostluğumuzu, qardaşlığımızı daimi və möhkəm eləsin.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024