Novruzəli Aslanov: “Azərbaycan yenə də məğlub etdiyi rəqibinə sülh əlini uzadır ”
Tarix: 26-09-2023 | Saat: 17:48
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayının 25-də etdiyi Azərbaycana növbəti, Naxçıvana isə ikinci səfəri ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin tarixində xüsusi önəmi olan bir sıra hadisələrlə əlamətdar oldu. Təbii ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi də bu mühüm hadisələrdən biridir və bu layihənin icrası Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə iki qardaş ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasından sonra cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu məqamı xüsusi vurğulamışdır. Həmçinin dövlətimizin başçısı Muxtar Respublika ilə bağlı bəzi tarixi faktları da xatırladaraq bildirmişdir ki, Naxçıvanın Azərbaycanla coğrafi bağlantısının kəsilməsi 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi səbəbilə baş vermişdir. Lakin bu məsələ də tezliklə öz həllini tapacaqdır. Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın özünün də imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə uyğun üzərinə götürdüyü öhdəliklərdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Qeyd etmək lazımdır ki, artıq reallığa çevrilmək üzrə olan Zəngəzur dəhlizi Türk dünyasını yenidən birləşdirməklə bərabər, eyni zamanda həm də böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Müasir dünyada, xüsusən də son illər formalaşmış geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqır. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Bu məqsədlə Azərbaycan və Türkiyə bu istiqamətdə birgə səylərini daha da artıracaqlar.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat Prezident İlham Əliyevin Azərbaycanın keçirdiyi antiterror tədbirləri ilə bağlı verdiyi açıqlamanın əhəmiyyətini vurğulayaraq bunları deyib: “Öz çıxışında dövlətimizin başçısı bir daha bütün dünyaya bəyan etdi ki, sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatları ilə Azərbaycan öz suverenliyini təmin etmişdir. Xüsusilə bu gün ölkəmizə qarşı hansısa əsassız ittihamlar irəli sürmək istəyən qüvvələr bilməlidirlər ki, Azərbaycan üç il bundan öncə İkinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad edəndə də, bu ilin aprel ayının 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyünü tam bərpa edəndə də və nəhayət sentyabrın 19-da keçirdiyi antiterror tədbiri nəticəsində suverenliyini tam bərpa edərkən də öz legitim hüquqlarından istifadə etmişdir və ölkəmizin bu hüquqları bütün beynəlxalq konvensiyalarda təsbit olunub. Həqiqətən də son əməliyyat Azərbaycanın Qələbə tarixinin daha bir parlaq səhifəsini yazdı. Cənab Ali Baş Komandanın dediyi kimi, cəmi 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bütün dünya, xüsusilə də özünü Ermənistanın himayədarları kimi göstərən, əslində isə erməni xalqından yalnız öz məqsədləri üçün istifadə edən qüvvələr də bilməlidirlər ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Bu gün Azərbaycan özünün Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərir. Əhali yanacaq, ərzaq məhsulları, dərman preparatları və digər tələb olunan məhsullarla təmin edilir. Bu, bir daha onu göstərir ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək.”
Həmçinin N.Aslanov Türkiyə Prezidentinin bəyanatında önəmli mesajların yer aldığını qeyd edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk növbədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edərək Naxçıvanın bugünkü səviyyəyə çatmasında Ulu Öndərin müstəsna rolu olduğunu vurğuladı. Həmçinin qardaş ölkənin dövlət başçısı Türkiyə-Azərbaycan əlaqələrinin hazırda dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədə olduğunu qeyd etməklə, bir daha ölkələrimiz arasında səmimi dostluq münasibtlərinin sarsılmazlığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrin və əməkdaşlığın bütün sahələrdə gücləndirilməsi üçün birgə fəaliyyət bundan sonra da davam etdiriləcək. Həmçinin öz bəyanatında “Şuşa Bəyannaməsi”ni xatırladan Türkiyə Prezidenti bu tarixi sənədin iki qardaş ölkə arasında əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsi olduğunu da vurğuladı. Sonda isə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın son qələbəsi ilə bölgədə münasibətlərin normallaşması üçün unikal fürsətlər yaratdığını qeyd etmişdir Həqiqətən də Azərbaycan növbəti dəfə məğlub etdiyi rəqibinə yenə də sülh əlini uzadır və Ermənistan bu əli möhkəm tutmalıdır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024