Mobil versiya
Eltun Süleymanov: “Məncə antiterror əməliyyatı erməniləri ağıllandıracaq yeganə vasitədir”
Tarix: 20-09-2023 | Saat: 12:36
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Məncə antiterror əməliyyatı erməniləri ağıllandıracaq yeganə vasitədir”

“44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir. Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir.
Son bir neçə ayda isə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. “

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Ermənilər yenidən baş qaldıraraq bölgədə sülhün bırqərar edilməisnə hər vəchlə mane olmağa davam edir, üstəlik də vay-şivən salaraq humanita fəlakətlə üzləşçdiklərini bəyan etməkdə davam edirlər. Özlərini bölgənin ərköyün uşaqları kimi apararaq dövlətimizin təklif etdiyi humanitar yardımdan imtina edir, onlara gələn yardımların hansı yoldan gəlməsini belə şərt olaraq irəli sürməklə, Azərbaycanın suveren hüquiqlarına müdaxilə etməkdə davam edirdilər.
Üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 il müddətində Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi - vətəndaşlarımızı itirmək bahasına başa gəlmişdir. Bu müddət ərzində 314 vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı oldu
Qarabağ bölgəsinə gizli və açıq şəkildə silah daşımaqla nəyəsə nail olacaqlarına ümid bəsləyən Ermənistan və havadarları yanıldılar. Nəhayət ki səbir kasamız daşdı və çoxdan gözlənilən antiterror əməliyyatı başlandı. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi əməliyyatın başlıca məqsədidir.”

Eltun Süleymanov bildirib ki. “Əməliyyatın özünəməxsus cəhəti isə ondan ibarətdir ki, antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
Mülki əhaliyə və obyektlərə isə toxunulmur, dinc əhalinin bölgəni tərk etməsi üçün humanitar dəhliz və terrorçulardan qaçanlar üçün qəbul məntəqəsi yaraılıb.
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər.”
“Bəli, Azərbaycan xalqı həmişə olduğu kimi yenə də öz Prezidentinin, qalib Ordusunun yanındadır. Vətənin hər qarış torpağını müqəddəs bilən xalqımız bu əməliyyatın da uğurlu alınması, erməni tör-töküntülərinin məhv edilməsi yolunda atılan hər addımı alqışlayır və dəstəkləyir.
Məncə, antiterror tədbirləri erməniləri ağıllandıracaq yeganə vasitədir. Antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”-deyə müsahibimiz fikirlərini yekunlaşdırmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024