Mobil versiya
Bakıdan göndərilən 40 ton un yüklü karvan 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir -Fotolar
Tarix: 16-09-2023 | Saat: 10:45
Bölmə:Gündəm | çapa göndər

Bakıdan göndərilən 40 ton un yüklü karvan 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

APA-nın Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-ın əməkdaşları və könüllülər cavab gözləyirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025