Mobil versiya
Avtovağzallar gücləndirilmiş iş rejiminə keçəcək?
Tarix: 12-09-2023 | Saat: 15:49
Bölmə:Ölkə | çapa göndər

Avtovağzallar gücləndirilmiş iş rejiminə keçəcək?

Yeni tədris ili üç gün sonra başlayır. Xüsusilə ali məktəblərin açılması ilə əlaqədar olaraq paytaxta daha çox sərnişin axını olacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yeni tədris ilinin başlanması ilə əlaqədar necə işləyəcək?

Məsələ ilə bağlı “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, tədris ilinin başlanması ilə əlaqədar avtovağzalların gücləndirilmiş iş rejiminə keçməsi nəzərdə tutulmayıb.

Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi günlərdəki iş rejimində çalışacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024