Mobil versiya
İki çaydan sel keçir - FAKTİKİ HAVA
Tarix: 12-09-2023 | Saat: 09:27
Bölmə:Ölkə | çapa göndər

İki çaydan sel keçir -

Senytabrın 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Astarada 56 mm, Lənkəranda 43 mm, Beyləqanda 24 mm, Sabirabad, Biləsuvarda 20 mm, İmişli, Cəfərxanda 19 mm, Tərtərdə 17 mm, Zərdab, Ağdam, Şəkidə 14 mm, Qəbələ, Lerikdə 10 mm, Oğuz, Qobustan, Kürdəmirdə 9 mm, Mingəçevir, Altıağac, Şahdağda 8 mm, Yardımlı, Xaltan, Qrız, İsmayıllı, Qax (Sarıbaş), Naftalan, Neftçala, Göyçay, Yevlax, Ordubad, Sədərək, Şirvan, Daşkəsən, Naxçıvan, Göygöl, Quba, Ceyrançöl, Tovuz, Bərdə, Balakən, Şahbuz, Gədəbəy, Gəncə, Qusarda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sentyabrın 11-də saat 16:50 radələrində Astara rayonu ərazisindən keçən Təngərüdçaydan sel keçib. Bu gün səhər saat 8:00 radələrində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan sel keçir.

Gəncə, Daşkəsən, Naftalan, Şəki, Balakən, Qaxda duman müşahidə olunub.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək. Mülayim şərq küləyi əsəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024