Mobil versiya
Azərbaycanın göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Tarix: 12-09-2023 | Saat: 08:59
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir.

aia.az xəbər verir ki, bunu AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev bildirib.

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bu artıq ayrı mövzudur. Bununla bağlı müzakirələr davam edir. Lakin deyə bilərik ki, Ağdam marşrutu açılıb”, – Mirzəyev vurğulayıb.

Mirzəyev onu da qeyd edib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən heyət Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdam-Xankəndi yolu ilə hərəkət edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025