Mobil versiya
Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsindən azad edildi
Tarix: 11-09-2023 | Saat: 13:40
Bölmə:Ölkə | çapa göndər

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsindən azad edildi

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

“Rüfət Həsənov yaradıcı fəaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb”, - deyə nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024