Mobil versiya
Eltun Süleymanov: "Azərbaycan Ordusu dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır"
Tarix: 11-09-2023 | Saat: 10:10
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Azərbaycan Ordusu  dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır"

““Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”-deyən Ulu Öndər bu Zəfərə inanırdı. İnanırdı ki, qurduğu Ordu gec-tez öz sözünü deyəcəkdir.
Bu inam, etimad özünü 2020-ci ildə-44 günlük Vətən müharibəsində qəti şəkildə doğrultdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Milli Ordumuz düşməni darmadağın edərək 30 illik işğala son qoymaqla bərabər Zəfər yazdı.
Azərbaycan ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir.
Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “44 günlük Vətən müharibəsində qazanılmış Zəfər dünya güclərinin Azərbaycana baxış bucağında kifaəyt qədər dəyişikliyə səbəb oldu. Bu müharibə Azərbaycan tərəfindən ədalətli müharibə idi və kimsə bu müharibədə bizi qınamağa cəsarət edə bilmədi. Birincisi, biz işğal altında olan ərazilərimizi azad edirdik, ikincisi isə ölkə başçısı, ali baş Komandan İlham Əliyevin xarici siyasətdə aktiv fəaliyyəti, ardıcıl müsahibələri, dünya ictimaiyyətinə ünvanlanmış mesajları düşmənin də, onun havadarlarının da əl-qoluinu bağlamışdı.
İkinci Qarabağ müharibəsinə qədər rəşadətli ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Günnüt zəfərində isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi. Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdiyini hər addımında nümayiş etdirməklə belə bir əminliyi söyləməyə əsas verdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Qarabağ münaqişəsini hərb yolu ilə həll edəcəyik.
Uğurlu iqtisadi siyasətimizin nəticəsi olaraq ordumuzun yeni silahlarla təchiz edilməsi, modernləşdirilməsi və komando birliklərinin yaradılması sahəsində atılan addımlar, yaxın gələcəkdə Azərbaycan ordusunun peşəkar bir orduya çevriləcəyindən xəbər verir. Belə bir zərurətin olmasının səbəbi ilk növbədə dünyada gedən proseslərdir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi indi beynəlxalq hüquq işləmir, güc amili prosesləri diqtə edir. Ona görə də ilk növbədə müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün bizə güclü ordu lazımdır və biz onu qurururq, inkişaf etdiririk.”

Eltun Süleymanov sonda qeyd edib ki, “ordu quruculuğu sahəsində görülən işlər ölkəmizin müdafiə qabiliyyətini yüksəltməklə bərabər, regionda sülhün bərqərar olmasına da öz töhfəsini verir. Bir dövlət olaraq Azərbaycan dövləti ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlayır. Ölkə başçısı cənab İlham Əliyev ordu quruculuğuna böyük önəm veərək deyir: ““Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.”
Bu inamla demək olar ki, böyük tarixi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin vaxtilə söylədikləri reallaşıb. Azərbaycan xalqı Müzəffər ordumuzla, onun Ali baş Komandanı ilə fəxr edir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024