Mobil versiya
Kəlbəcər və Laçında tullantılar üçün poliqonlar yaradılacaq
Tarix: 06-09-2023 | Saat: 17:45
Bölmə:Ölkə | çapa göndər

Kəlbəcər və Laçında tullantılar üçün poliqonlar yaradılacaq

Kəlbəcər və Laçın rayonlarının inzibati ərazilərində "təhlükəsiz bərk tullantılar poliqonları"nın layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Bu barədə aia.az-a "Təmiz Şəhər" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hər iki rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 50 min kubmetr olacaq. Hər iki poliqonun yerləşdiyi ərazidə mühəndis geoloji və hidroloji axtarış işləri aparılacaq.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.

Proqrama əsasən, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisi müəyyən edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024