Mobil versiya
Bakı-Sumqayıt yolunda ağır yol qəzası oldu
Tarix: 04-09-2023 | Saat: 11:05
Bölmə:Ölkə | çapa göndər

Bakı-Sumqayıt yolunda ağır yol qəzası oldu

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

aia.az xəbər verir ki, qəza yolun Bakı istiqamətində gedən hissəsində, Abşeron Gənclər şəhərciyinin qarşısında qeydə alınıb.

“KIA Optima” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “KIA Optima” markalı avtomobil yolun ortasındakı dəmir maneələrə çırpılıb.

İlkin məlumata görə, qəzada ölən və xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisinin (DYP) ərazi üzrə xidmət aparan əməkdaşları yaxınlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024