Mobil versiya
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin açıqlaması
Tarix: 29-08-2023 | Saat: 12:29
Bölmə:Manşet / Ölkə / Parlament | çapa göndər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin açıqlaması

Xəbər verildiyi kimi, 2023-cü il avqust ayının 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz Nizamnaməsinə, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Cenevrə Konvensiyalarına və Sevilya razılaşmasına uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməyə hazır olması barədə bəyanat vermişdi.
Qeyd olunmuş qanunvericilik aktlarına, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının humanizm, qərəzsizlik, vahidlik prinsiplərinə əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, mobil könüllü dəstələrindən ibarət heyətlə Ağdam- Xankəndi marşrutu ilə nəzərdə tutulmuş 2 Tır (40 ton həcmində) humanitar yardımın erməni sakinlərə çatdırılması məqsədilə avqust ayının 29-da yola düşmüşdür.
Ümid edirik ki, humanitar yardımlar zamanında, problemsiz olaraq ünvana çatdırılacaqdır. Maşın karvanı “Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadəsi və onların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Qızıl Aypara bayraqlarının və emblemlərinin müşayiəti ilə hərəkət edəcəkdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025