Mobil versiya
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Tarix: 28-08-2023 | Saat: 15:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Külək güclənəcək, yağış yağacaq -

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycanın rayonlarında avqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024