Mobil versiya
100 yaşlı erməni əsilli şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib
Tarix: 28-08-2023 | Saat: 12:32
Bölmə:Ölkə | çapa göndər

100 yaşlı erməni əsilli şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.

aia.az-ın məlumatına görə, bu gün "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməniəsilli vətəndaşlar Xankəndindən gəlib, Gorus istiqamətinə keçib. Həmçinin 100 yaşlı Lesmonya Arstanyanın keçid məntəqəsindən maneəsiz keçidinə şərait yaradılıb.

Qeyd edək ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən 150-dən artıq erməni əsilli şəxslərin keçidi gözlənilir. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024