Mobil versiya
Siyəzənin Gənclik qəsəbəsində antisanitar şərait sakinləri təngə gətirib - VİDEO
Tarix: 28-08-2023 | Saat: 09:59
Bölmə:Ölkə / Karusel | çapa göndər

Siyəzənin Gənclik qəsəbəsində antisanitar şərait sakinləri təngə gətirib -

Siyəzənin Gənclik qəsəbəsində yaşayan insanların kanalizasiya və çirkab problemi bitmək bilmir.

aia.az xəbər verir ki, kanalizasiya suları və çirkab binaların zirzəmilərinə dolur. Mövcud antisanitar şərait sakinləri təngə gətirib.

320 ailənin yaşadığı Gənclik qəsəbəsində sakinlər binaların çökmə ehtimalından ehtiyat edirlər.

Rayon mərkəzindən çox uzaqda olmayan bu yaşayış massivi diqqətdən kənarda qalıb.
Məsələ ilə bağlı Siyəzən rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsindən bildirilib ki, sözügedən qəsəbədə yaxın günlərdə problemin aradan qaldırılması üçün işlərə başlanacaq.

Görünən odur ki, problem yaxın gələcəkdə həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024