Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Laçında verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır”
Tarix: 27-08-2023 | Saat: 12:38
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Uzun illər işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq artıq 1000-ə qədər sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Bütün bu işləri dövlətimiz qısa vaxt ərzində həyata keçirib. Digər işğal altında olan rayonlarımız kimi, ermənilər burada da vandal əməlləri ilə məşğul olub, rayonun təbii resurslarını talan ediblər. Onlar Laçında yaşayış məntəqələrinin coğrafi adlarını dəyişdirməkdən tutmuş, qanunsuz məskunlaşmaya qədər hər cür çirkinliklərə əl atıblar. Bu gün isə mənzərə başqadır, işğalın bütün fəsadları aradan qaldırılır, rayonun əvvəlki görkəmi özünə qaytarılır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Ümumiyyətlə, Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti işlərinə dövlətimizin başçısı cənab İlham Əliyev bilavasitə nəzarət edir. Birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə mütəmadi səfərlər edərək görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına sonuncu səfəri də bu baxımdan əlamətdar oldu, bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, Laçında yerli sakinlərlə görüşüb söhbətləşdilər. Təbii ki, öz yurdlarına dönən laçınlıların üzlərindəki sevinc hissləri hər birimizi fərəhləndirdi, onlar ən böyük arzularına qovuşublar və buna görə də Prezidentə təşəkkürlərini bildirirdilər. Dövlətimizin başçısı həmçinin Laçın şəhərində “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak etdi. O, tədbirdəki çıxışında bir daha bəyan etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Məlumdur ki, təcavüzkar planları alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-Azərbaycan təbliğatı aparır, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına etiraz edərək ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərir. Hətta bu yolda saman söpünə belə əl atmağa çalışır, elə güman edir ki, havadarlarının köməyi ilə güya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən “dostlarının” əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Prezidentimiz bu barədə son sözü dedi. Odur ki, Ermənistan sadəcə vaxt itirir və bununla düşdüyü vəziyyəti daha da ağırlaşdırır. Bir sözlə, status-kvo dəyişməzdir”, - Milli Məclisin deputatı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqına nə vəd veribsə, onun hamısını yerinə yetirib, əməli ilə sözünü hər zaman təsdiqləyib: “Çıxışında dövlətimizin başçısı ad günündə - 50 yaşım tamam olanda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla verdiyi vədi xatırlatdı. Artıq nəticə ortadadır. Öz yurduna qayıdan laçınlılar daha rahat, müasir mənzillərlə təmin edilirlər. Onların Laçında firavan yaşaması üçün hər cür şərait yaradılır. Bütün bu nailiyyətlərin önündə dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər