Mobil versiya
Sumqayıtda 17 ədəd köküstə yaş ağac qanunsuz kəsildi
Tarix: 22-08-2023 | Saat: 17:45
Bölmə:Ölkə | çapa göndər

Sumqayıtda 17 ədəd köküstə yaş ağac qanunsuz kəsildi

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayonla 45-ci məhəllə arasındakı yaşıllıq ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov ai.az-a bildirib ki, araşdırma zamanı ərazidə 17 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi müəyyən edilib.

Yaşıllıq sahəsinə xidmət göstərən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən ərazidəki ağacların mühafizəsinin düzgün təşkil olunmadığı və ağacların bir qisminin İdarə tərəfindən götürüdüyü qənaətinə gəlinib.

Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Götürülmüş ağacların əvəzinə yeni ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilməsi üçün Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinə müvafiq göstəriş verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025