Mobil versiya
Göyçay və Ağdaşda bələdiyyə sədrləri cərimələndi
Tarix: 22-08-2023 | Saat: 12:29
Bölmə:Ölkə | çapa göndər

Göyçay və Ağdaşda bələdiyyə sədrləri cərimələndi

Göyçay və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Göyçay rayonunun Bığır, Ağdaş rayonunun isə Orta Ləki kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025