Mobil versiya
Kamaləddin Qafarov: “ Ermənistan BMT-də növbəti fiaskoya uğradı”
Tarix: 19-08-2023 | Saat: 14:15
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “ Ermənistan BMT-də növbəti fiaskoya uğradı”

“BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023- cü il tarixli növbədənkənar iclası birmənalı olaraq Azərbaycanın daha bir qələbəsi kimi qiymətləndirilməlidir. Keçirilən dinləmələrdə bir daha müəyyən olundu ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan ibarət növbəti avantüradır. Rəsmi İrəvan növbəti dəfə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi və Laçın-Xankəndi yolunun beynəlxalq güclərdən istifadə edərək açılması üçün əlində olan bütün imkanları səfərbər etsə də, buna nail ola bilmədi. Ermənistan həm növbəti dəfə ciddi məğlubiyyətə uğradı, həm də beynəlxalq müstəvidə təsir imkanlarının tükəndiyini və dövlət olaraq iflas durumda olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputat bildirib ki, rəsmi İrəvan Təhlükəsizlik Şurasına müraciətinə hansısa bir zəmin yaratmaq üçün bir neçə ay ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədilə riyakar kampaniya aparıb: “İlk növbədə qeyd olunmalıdır ki, Ermənistanın riyakarlığını təsdiqləyən ən böyük sübut bu ölkənin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadığı halda, indi bu qurumdan yardım diləməsi faktının özüdür. Hərçənd bu, ermənilər üçün adi bir haldır. Lakin bu dəfə onlar öz niyyətlərinə nail ola bilmədilər. Qarabağda müvəqqəti mövcud olan separatçı rejimin və Ermənistanın gözləntilərinin əksinə olaraq, keçirilən müzakirələrdə iştirak edən dövlətlər nə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, nə qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, nə Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, nə də ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etdilər. Azərbaycanın daha bir uğuru da bu oldu ki, Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirilən iddiaların nəticə almaması, onun bu məsələləri bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi.”

K.Qafarov xüsusi olaraq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın tezislərinin heç bir dövlət tərəfindən dəstəklənməməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin bariz nəticələrindən biridir: “Əslində, TŞ-də keçirilən müzakirələrin nəticələri gözlənilən idi. Məsələ bundadır ki, Ölkə Prezidenti İlham Əliyevin məhz strateji düşüncəni ön planda tutaraq həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Ermənistanın son ümidlərinin də puça çıxmasını öncədən şərtləndirmişdi. Bundan başqa, möhtərəm dövlət başçımız dəfələrlə bəyan edib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan bütün sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları da məhz Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi və ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara “müstəqil Artsax” adlı dövlət qurumunun olmayacağını qəti şəkildə bildirdi və bununla da rəsmi İrəvanın manipulyasiyalarına aldanmadığını nümayiş etdirdi” .



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024