Mobil versiya
Novruzəli Aslanov: “Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciətinin bir adı var – simasızlıq”
Tarix: 19-08-2023 | Saat: 09:04
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciətinin bir adı var – simasızlıq”

“Artıq uzun illərdir ki, dünyada çox nadir hallarda rast gəlinən monoetnik dövlətlərdən biri kimi tanınan və buna məqsədyönlü şəkildə, etnik təmizləmə siyasəti yürütməklə nail olan Ermənistan, indi də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasını əngəlləmək üçün müxtəlif vasitələrə əl atır. Həmin bölgəni 30 il ərzində işğal altında saxlamış, lakin 44 günlük Vətən müharibəsinin gedişində şanlı Azərbaycan Ordusu tərəfindən tam məğlub edilərək ərazilərimizdən qovulmuş Ermənistanın əsas məqsədlərindən biri əlbəttə ki, çoxmillətli dövlət olan Azərbaycanda iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışın qarşısını almaqdır. Lakin 2020-ci ildən bəri ardıcıl surətdə yoxa çıxan bir çox erməni mifləri və utopik ideyaları kimi, Ermənistanın ölkəmizə qarşı planladığı bu addımı da BMT Təhlükəsizlik Şurasının iki gün əvvəl keçirilmiş növbədənkənar iclasında tam fiaskoya uğradı. Bu iclasda səsləndirilən fikirlər bir daha göstərdi ki, artıq bütün dünya erməni yalanlarından doyub və bu gün heç kəs riyakar, destruktiv, etibarsız erməni faktoruna görə Azərbaycanın haqlı mövqelərini əsassız şəkildə hədəfə almaq niyyətində deyil.”

Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov AİA.Az-a açıqlamasında deyib.

Deputat öz fikirlərini davam etdirərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu Azərbaycanın mövqelərini ən mötəbər beynəlxalq təşkilatlarda kifayət qədər möhkəmləndirib və bu mövqe Ermənistan kimi zəif, heç bir nüfuza və gücə malik olmayan bir ölkənin capaları ilə sarsıla biləcək həddi artıq çoxdan arxada qoyub: “Rəsmi İrəvan yenə də kiməsə, yaxud nəyəsə güvənərək BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında Azərbaycanın Laçın-Xankəndi yolunu guya ki, blokadaya alması və Qarabağda yaşayan erməniləri aclıqla soyqırımına məruz qoyması “faktlarını” dünyaya təqdim etmək üzərində qurlumuş və bu “ittihamları” rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, “Laçın dəhlizi”nin isə beynəlxalq gücdən istifadə olunaraq açılmasına hədəflənən növbəti oyununu oynadı və yenə də uduzdu. Düzünü desək, Ermənistanın hərəkətlərini heç oyun da adlandırmaq olmur. Rəsmi İrəvan özü də beynəlxalq miqyasda bir oyunçu deyil, olsa-olsa misgin bir oyunbazdır. Bu ölkənin siyasətçilərinin dünyaya təqdim etdikləri isə daha bir uğursuz şou oldu. Buna görə də faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, müstəqil Azərbaycanın müstəqil xarici siyasətinin daha bir uğur göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti, bütün tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, o cümlədən qonşu dövlətlərlə balanslı münasibətlər qurması, həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə effektiv fəaliyyət göstərilməsi konsepsiyasını yüksək dəqiqliklə hazırlaması və tətbiq etməsi Azərbaycanın bütün siyasi-diplomatik uğurlarının əsasında durur.”

Daha sonra N.Aslanov Ermənistanın TŞ-yə müraciətinin rəsmi İrəvanın həm də simasızlığının növbəti nümayişi olduğunu vurğulayaraq bunları deyib: “Təsəvvür etmək belə çətindir ki, bir ölkə olaraq, bir dövlət olaraq 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, həmçinin TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayasan, etinasızlıq nümayiş etdirəsən və indi də gəlib bu təşkilatdan yardım diləyəsən. Həm də tamamilə haqsız olduğun bir məsələdə. Bunun bir adı var – simasızlıq. Əlbəttə ki, özünə hörmət edən heç bir ölkə obyektiv, haqqlı Azərbaycana qarşı, riyakar Ermənistanı dəstəkləməyəcəkdi. Belə də oldu. Müzakirələrdə iştirak edən dövlətlərin əksəriyyətinin çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Ən əsası, bu müzakirələr bir daha Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini qeyd etdi və bununla da Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqləmiş oldu”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024