Mobil versiya
Dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib
Tarix: 04-08-2023 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

Dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dəyişiklik edilib.

aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.

İndiyə qədər 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə