Eltun Süleymanov: “Ermənilər onlara verilmiş son şansı dəyərlənirməlidirlər”
Tarix: 02-08-2023 | Saat: 19:22
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Ermənistanda baş verən son hadisələr bir daha göstərir ki, revanşistlər, separatçı meylli radikal qüvvələr ölkəni məhvə sürükləyir. Uzun illər Ermənistanı idarə edən işğalçı hərbi xunta başçıları Koçaryan və Sarkisyan rejimi yenidən erməni xalqını qırğına vermək istəyir. Azərbaycan dövləti 44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistana layiqli dərs verib, işğalçı ordu darmadağın edilib. Amma bu gün İrəvan küçələrində kütləvi etirazlar və iğtişaşlar törədən qüvvələr görünür "Dəmir Yumruğun" sarsıdıcı zərbəsindən yetərindcə nəticə çıxara bilməyiblər. Azərbaycan dövləti istənilən ssenariyə hazırdır. Əgər revanşistlər 3-cü müharibənin başlanmasını istəyirlərsə, qüdrətli ordumuz düşməni yenidən darmadağın etməyə qadirdir. Ermənistanı yeni müharibəyə sürükləyən qüvvələr anlamalıdır ki, bu nəinki onların, ümumilikdə ölkələrinin sonu ola bilər. Müharibə başlayarsa Azərbaycan ordusu ildırım sürətli döyüş əməliyyatları tətbiq edəcək. Ermənistan bu acı və faciəvi nəticələrə hazır olsun. Hər vəchlə Qarabağda yaşayan erməni əhalisini qızışdırıb təıxribata sövq edən qaragüruh indi də onlara təklif edilən Ağdam -Xankəndi yolundan imtina edirlər. Onlardan soruşmaq lazımdır ki, siz humanitar dəhliz istəyirsinizsə nədən bu yola razı olmursunuz? Əgər başqa niyyət yoxdursa, sülh şəraitində yaşamaq sizə niyə lazım deyil? Bir sözlə başını itirmiş haylar hansı səmtə üz tutacaqlarını belə aydınlşadıra bilmirlər.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Ermənilərdən fərqli olaraq Azərbaycan aydın və qətiyyətli siyasi xəttə, güclü siyasi iradəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Euronews” telekanalına müsahbəsində bu mövqeni və iradəni bir daha ortaya qoydu. Ermənistandakı ermənilərə “biz onların dövləti ilə sülh istəyirik”-deyə mesaj göndərən cənab Prezident demişdir: “Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm.”
Eltun Süleymanov bildirib ki, “ölkəmizin başçısı konkret olaraq erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa, yalançı, manipulyativ qüvvələrin əlində oyuncaq olmamağa çağırıb. İndi əlbəttə ki ağlı başında olan, dünyada gedən prosesləri dəyərləndirməyi bacaran lider olmalıdır ki, xalqı normal cəmiyyətə inteqrasiya olunmağa hazırlaya bilsin. Təəssüf ki, belə lider də yoxdur. Qarabağ erməniləri Arayik və Vardanyan kimi canilərin girovudur.
Cənab Prezident müsahibəsində “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik”-deyərək Qarabağdakı erməni vətəndaşlarımıza müraciət edib: “Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.”
Müsahibimiz ölkə başçısının müsahibəsində səsləndirdiyi fikirləri, mesajları ermənilərə verilmiş son şans kimi dəyərləndirib: “Yaxşı olardı ki ermənilər ağıllarını başlarına toplayıb bu son şansdan yararlanardılar. Əksinə olduqda başlarına gələcək müsibətlərin günahkarları da özləri olacaqlar”-deyə fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər