Mobil versiya
Füzuliyə icazəsiz gedən şəxs HƏBS EDİLDİ
Tarix: 31-07-2023 | Saat: 17:43
Bölmə:Ölkə | çapa göndər

Füzuliyə icazəsiz gedən şəxs

Füzuli rayonu istiqamətində nəzarət buraxılış postundan müvafiq icazə olmadan keçməyə cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a bildirilib ki, iyulun 31-də Füzuli rayonu ərazisindəki nəzarət postundan keçmək istəyən bir nəfərin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin özünə aid olmaması şübhə doğurduğundan araşdırmalar aparılıb. Nəticədə həmin şəxsin Masallı rayonunun Xırmandalı kənd sakini Vüsal Fərzəliyev olduğu müəyyən edilib.

Faktla bağlı Füzuli RPŞ-də toplanmış materiallar əsasında məsələyə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə V.Fərzəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 8 sutka müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024