Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim artan xəttlə inkişaf edir
Tarix: 26-07-2023 | Saat: 19:01
Bölmə:Özəl | çapa göndər
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“ China Global Television Network” televiziya kanalında yayımlan “China Media Group” media korporasiyasına müsahibə verdi. Prezident İlham Əliyev ökləmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı məsələlərinə toxundu. Müsahibədə həm də müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı.
Çin Şərqi Asiya ölkələri içərisində Azərbaycanla əlaqələrə ən çox maraq göstərən dövlətdir.Sürətlə inkişaf edən Çin üçün əsas təhlükə xammal və ilk növbədə enerji çatışmamazlılğı hesab olunur. Bu baxımdan Azərbaycan Çin üçün cəlbedici ölkələr sırasına daxildir. Azərbaycan-Çin əlaqələrinin inkişafında Heydər Əliyevin Çin Xalq Respublikasına 1994-cü ilin martında olan səfərinin rolu böyükdür. Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Əslində, Çin Heydər Əliyev üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Heydər Əliyev Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı.Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. 1994-cü il 7-10 mart tarixlərində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Ulu Öndər Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirmişdir.Danışıqlardan sonra Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamış, iki ölkə arasında hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər bağlayıblar.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Çin Xalq Respublikası 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb.1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası ilə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır.Bu gün Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.Əminliklə deyə bilərik ki, Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər daim artan xəttlə inkişaf edir. İki ölkə arasında heç bir problem yoxdur. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir.Beləliklə, Azərbaycan və Çin Xalq Respublikasının ikitərəfli münasibətlərinin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır.
Tamella Əhmədova
Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb liseyin təşkilatçısı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025