Mobil versiya
Eltun Süleymanov: "Əsas söz də , fikir də Azərbaycan xalqına məxsusdur"
Tarix: 25-07-2023 | Saat: 14:28
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Əsas söz də , fikir də Azərbaycan xalqına məxsusdur"

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bir çox mühüm məsələlərə toxundu. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.
Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir.
Digər tərəfdən Azərbaycanın mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməsi, logistika imkanlarının və nəqliyyat infrastrukturunun sürətlə inkişafı qarşılıqlı əməkdaşlıq imkanlarının artmasına səbəb olmuşdur. İlk növbədə bunun reallaşması və inkişafı üçün regionda sabitliyin və dayanıqlı sülhün olması başlıca şərtdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın dövlət başçısı müsahibəsində demək olar ki, bütün regional və beynəlxalq məslələrə münasibət bildirməklə yanaşı, bu gün regionda baş verən proseslərdə Azərbaycanın mövqeyini bir daha qətiyyətlə bildirmişdir.A zərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe sərgiləməsi, Zəngəzur dəhlizinin açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir.Cənab Prezident dəhlizin açılması ilə daha mühüm tranzit əlaqələrinin bərpa olunacağını diqqətə çatdırmışdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və daim inkişaf edən Çin-Azərbaycan münasibətlərinə toxunan ölkəmizin başçısı bunu çox yükəsk qiymətləndirmişdir: “Bizim əməkdaşlığımızın mahiyyəti və perspektivləri barədə dərindən məlumatlı olması göstərir ki, cənab Si Cinpin olduqca məsuliyyətli şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Bilirsiniz ki, dünyada Çinin dostlarının sayı ildən-ilə artır və bu, məhz həmin müdrik siyasətin nəticəsidir. Biz onun ölkəsinin inkişafını və yardıma ehtiyacı olanlara dəstək istiqamətindəki fəaliyyətini yalnız alqışlaya bilərik. Hesab edirəm ki, bu, dünyada nadir hallardan biridir. Bu, xüsusilə indi aktual məsələdir. Vaxtında və digər mənbələrdən yardım ala bilməyən ölkələrə kömək edilir. Sizə Azərbaycanla bağlı nümunə deyə bilərəm. COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu. Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!”-deə cənab Prezident vurğuıamışdır. Qərb dövlətlərinin “peyvənd millətçiliyi” apardığı bir zamanda Qoşulmamam Hərəkatının sədri kimi Azərbaycana Çinin bu jestini dəyərləndirməmək mümkün deyildir.
Bu gün Azərbaycanı əsassız yerə ittiham edən, əslində isə öz gözlərində tiri görməyib başqalarının gözündə tük axtaran bəzi Qərb mediası və ölkə rəhbərləri tamamilə yanlış yol tutduqlarının fərqində olmalıdırlar. Sözdə demokratiyadan, söz azadlığından dəm vuranlar əməldə susmağa üstünlük verirlər.
“Culian Assanjın başına gələnlər, tamamilə qəbuledilməzdir. Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu işgəncəyə məruz qalıb. Hazırda o, işgəncədədir. Mən burada mənəvi işgəncəni nəzərdə tuturam. Onun fiziki işgəncəyə məruz qalmasını bilmirəm. Bilmədiyim məsələni deyə bilmərəm. Lakin, insan bəzi mənbələrdən əldə etdiyi müəyyən məlumatı açıqladığına görə əzab-əziyyətlərlə üzləşib. Bəlkə də, o, səhv edib, yaxud qaydaları pozub. Bununla belə, Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda, siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz?” -deyə cənab Prezident vurğulamışdır.

Eltun Süleymanov bildirmişdir ki, ölkəmizin başçısı Ermənistanla münasibətlərin indiki durumuna toxunaraq sülh müqaviləsinin qaçılmaz olduğunu bildirmiş və Ermənistan rəhbərliyinin sözdə dediklərini kağız üzərində təsdiqləmsinin vacibliyini qeyd etmiş, əks təqdirdə sülh prosesinin dalana dirəcəyini bildirmişdir. Bunda da məsul ilk növbədə Ermənistan və onun havadarları olacaqdır.
“Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!
Cəmiyyətimiz həmrəy olması və güclü ictimai dəstək, əlbəttə, əsasən bizim siyasətimiz, əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır. Lakin, həmçinin bu, anti-Azərbaycan təşviqatına olan reaksiyadır. Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışıq və Ermənistan işğalını orada pisləyən olmadı.”-deyə qeyd edən cənab Prezident bu qüvvələrin ikili standartlara son qoymasının, real həqiqətləri dilə gətirmənin vaxtı çatdığı müsajını verməıklə, bir daha öz qətiyyətli mövqeyini bəyan etmişdir.
Özünü demokratiyanın beşiyi adlandıran, demokratik dəyərlərə üstünlük verdiyini elan edən Fransanın bugünkü mövqeyi anlaşılan deyil. Hələ də bir sıra ölkələri öz müstəmləkəçilik əsarətində saxlayan, xalqa öz ana dilində danışmağı qadağan edən Fransa birdən-birə durub Cənubi Qafqazda erməni xalqının “dərdini çəkməyə” başlamışdır: “Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar.”
“Lakin, cənab Prezxidentin qeyd etdiyi kimi, əsas onların sözü deyil, azərbaycan xalqının sözü və münasibətidir. Azərbaycan xalqı da öz sözünü deyib və deyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız, dövlətimiz heç bir təhdidə və hədəyə baş əyməyəcək. Xalq öz lideri ilə birlikdə gələcək inkişafın təməlini qoymuş və bu təməl üzərində gələcəyə inamlı addımlarını atmaqdadır.”-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024