Mobil versiya
Dalğanın hündürlüyü dörd metrdən yüksək olub - FAKTİKİ HAVA
Tarix: 25-07-2023 | Saat: 11:57
Bölmə:Ölkə | çapa göndər

Dalğanın hündürlüyü dörd metrdən yüksək olub -

Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.

Bu barədə aia.az-a Xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Sarıbaşda ( Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən,Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək, gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s, dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024