Mobil versiya
Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB
Tarix: 24-07-2023 | Saat: 10:35
Bölmə:Karusel / Ölkə | çapa göndər

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapıldı -

Siyəzəndə dənizdə boğulan yeniyetmələrdən birinin meyiti tapılıb.

aia.az xəbər verir ki, Bakı şəhər sakini 17 yaşlı Nemət Əhmədovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***00:09

Siyəzəndə dənizdə boğulan 3 nəfər yeniyetmənin kimliyi müəyyənləşib.

aia.az xəbər verir ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə boğulanlar axtarışları davam etdirilir. Dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Manafov Mehdi Elgün oğlu, 17 yaşlı Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğludur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

22:13

Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə bir neçə nəfər batıb.

aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024