Mobil versiya
Eltun Süleymanov: "Azərbaycan dünyanın tərkib hissəsi kimi ilk növbədə sülh və təhlükəsiz dünya uğrunda mübarizə aparır"
Tarix: 22-07-2023 | Saat: 21:56
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Azərbaycan dünyanın tərkib hissəsi kimi ilk növbədə sülh və təhlükəsiz dünya uğrunda mübarizə aparır"

“Bu gün azad Şuşamız tarixi anlar yaşayır. Bu unikal və qəhrəman şəhər “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna ev sahibliyi edir. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək jurnalistlərin suallarını cavablandırıb. Şuşa Qlobal Media Forumunu ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm tədbir adlandıran dövlətimizin başçısı çıxışında müasir dünyanın problemlərinə toxunaraq Azərbaycanın da dünyanın tərkib hissəsi kimi ilk növbədə sülh və təhlükəsiz dünya uğrunda mübarizə apardığını qeyd etmişdir. Şuşanı cəsarətimizin sərvəti adlandıran cənab Prezident demişdir: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Eltun Süleymanov bildirib ki, bu gün dünyada gedən proseslərin mürəkkəb və ağrılı olması bəşəriyyəti düşündürən ən vacib məsələdir. Belə bir şəraitdə ölkəmizin başçısı elə bir siyasi xətt yeridir ki, bu xətt ancaq və ancaq stabilliyə, sülhə xidmət edir. İqtisadi sferada həyata keçirilən tədbirlər həm Azərbaycanın, həm də tərəfdaşlarımızın mənafeyinə xidmət edir.Qşulmamam Hərəkatının dönəm sədri kimi cənab Prezidenti həyata keçirdiyi tədbirlər, irəli sürdüyü təkliflər kifayət qədər dəstək qazanmışdır.Pandemiya dövründə Azərbaycanın və onun liderinin “peyvənd millətçiliyinə” qarşı çıxışı və bir çox ölkələrə bu sahədə göstərdiyi yardım unudulmayıb.
Forumda çıxış edən dövlətimizin başçısı Transxəzər layihəsinin ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını bildirib. Prezident Azərbaycanın layihədə oynaya biləcəyi rol barədə bunları deyib. “Transxəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç ildən də az əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”.
Azərbaycan Ordusunun bugünkü vəziyyətini şərh edən cənab Prezident bildirib: “Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq”.
BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident qeyd edib: “Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”.
Lakin bizim qisasçılıqdan çox uzaq olduğumuzu diqqətə çatdıran ölkəmizin başçısı bu ordunun, bu gücün ancaq müdafiə xar katerli olduğunu da diqqətə çatdırmışdır.Cənubi Qafaqazın regional inkişafının əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olduğunu bildirən cənab Prezident demişdir: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı.”
Müsahibimiz bildirib ki, “artıq Azərbaycanın ərazi bütövlüyü məsələsi biryolluq həllini tapıb. ƏSlində bu elə Ermənistanın özünün xeyribnədir. Əksinə olacağı təqdirdə Ermənistanın ərazi bütövlyüy şübhə altına düşəcək və onda hansı prosesin baş verəcəyini erməniulərin düşünməsi gərəkdir. Azərbaycanın qalib lideri apardığı siyasət nəticəsində erməniləri diz çökdürmüş, erməni faşizminin belini elə qırmışdır ki, bir daha hər hansı avantüraya əl atmağın nə ilkə nəticələnəcəyini kifayət qədər dərk edəcək durumdadırlar.
Qarabağda və Şərqi Zəngəzurdaa həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edən cənab Prezident bu sahədə problem olan minalanmış ərazilərdən söhbət açmışdır: “Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq onları Azərbaycanda istehsal etməyə başlayıb.Hesablamalara görə, ərazilərimizdə bir milyondan artıq minanın basdırıldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, etiraf etdilər ki, onlar 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”.
Bəli, bu bizə miflərlə yaşayan, özlərini dünyanın “mədəni”, “sivil” xalqı hesab edən ermənilərin yadigarıdır. Heç zaman unudulmayan və qan yaddaşımızda qanlı səhifələr yazan bir yadigar.”




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024