Mobil versiya
Bakıda azyaşlı diqqətsizliyin qurbanı oldu - Növbəti HOVUZ FACİƏSİ
Tarix: 21-07-2023 | Saat: 08:13
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda azyaşlı diqqətsizliyin qurbanı oldu -

Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib.

aia.az lent.az-a istinadən bildirir ki, hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda 3 yaşlı uşağın boğulma faktı qeydə alınmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024