Mobil versiya
Yeniyetmə və gənc ixtiraçılar beynəlxalq müsabiqədə iştiraka dəvət edilirlər
Tarix: 19-07-2023 | Saat: 16:35
Bölmə:Ölkə | çapa göndər

Yeniyetmə və gənc ixtiraçılar beynəlxalq müsabiqədə iştiraka dəvət edilirlər

Avrasiya Patent Təşkilatı (APT) 10 - 25 yaş arasında olan yeniyetmə və gənc ixtiraçıları “Gələcəyə baxış” Avrasiya Patent Universiadasında iştirak etməyə dəvət edir.

Ənənəvi olaraq APT tərəfindən keçirilən müsabiqənin iştirakçıları cari ilin oktyabr ayının 1-dək təşkilat komitəsinə aşağıdakı mövzulara dair layihələrini təqdim edə bilərlər: 17 yaşınadək yeniyetmə ixtiraçılar “İnsanın yaşayış mühitini yaxşılaşdırırıq. Yeni texnologiyalar yaradırıq” və “Müasir dizaynda milli kolorit”, 18- 25 yaşadək olan ixtiraçılar “Texnologiyalar: transformasiya, rəqəmsallaşdırma, modelləşdirmə, proseslərin və məhsulların təkmilləşdirilməsi” və “Orijinal məhsulun dizaynı və 3D modelləşdirmə”.

Müraciətlərin qəbulu üçün son tarix başa çatdıqdan sonra APT-nın mütəxəssisləri elan edilmiş layihələrin ekspertizasını keçirəcək və dekabrın 1-də qaliblərin adlarını açıqlayacaqlar.

Müsabiqənin qalibləri APT-nın “Gələcəyə baxış” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Qiymətli hədiyyələr müsabiqənin jürisi tərəfindən 50 000 rubl ilə əvəzlənə bilər.

Müsabiqənin rəsmi dili rus dilidir.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı linkdən istifadə edilə bilər:

https://www.eapo.org/ru/index.php?newspress=view&d=1640

APT Avrasiya patent sisteminin fəaliyyət göstərməsi və Avrasiya patentlərinin verilməsi ilə bağlı vəzifələri yerinə yetirmək üçün təsis edilmişdir. Hazırda təşkilata 8 dövlət daxildir: Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan.

Azərbaycan Respublikası 1995-ci ildən APT-nın üzvüdür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024