“Heydər Əliyev İli” çərçivəsində YAP Zəngilan rayon təşkilatında tədbir keçirilib -Fotolar
Tarix: 14-07-2023 | Saat: 15:47
Bölmə:Ölkə / Özəl | çapa göndər
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümü münasibətilə “14 iyul 1969-cu il Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
AİA.Az xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Nizami Mönsümov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, rayon icra hakimiyyətinin məsul əməkdaşı Şəhla İmanzadə, Şərgi Zəngəzur Regional Mədəniyyət idarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin sektor müdiri Zakir Məmmədov və başqaları çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Qeyd edildi ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda nəinki milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi, həmçinin onların ictimai fəallığının və işgüzarlığının yüksəlməsinə təkan verdi.
Tədbir işkirakçılarının diqqətinə çatdırılıb ki, bu gün xalqımız ümummilli lider Heydər Əliyevin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezidenti İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025