Mobil versiya
Salyanda yanıq xəsarətləri alan yeniyetmə Bakıda xəstəxanada vəfat edib
Tarix: 14-07-2023 | Saat: 10:30
Bölmə:Ölkə | çapa göndər

Salyanda yanıq xəsarətləri alan yeniyetmə Bakıda xəstəxanada vəfat edib

Salyanda yanıq xəsarətləri alan yeniyetmə Bakıda xəstəxanada vəfat edib.

“Report”un Aran bürosunun məlumatına görə, iyulun 1-də müxtəlif dərəcəli yanıq xəsarətləri alan Salyan rayonunun Qarabağlı kənd sakini, 2008-ci il təvəllüdlü Seyid Rauf oğlu Nuriyev həkimlərin səyinə baxmayaraq, Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

S.Nuriyev bu gün səhər saatlarında kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, S.Nuriyev ocaqda yemək bişirən anasına kömək etmək məqsədilə odunun üstünə benzin tökərkən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025